AZ

Məscidin namaz otağından oğurluq etdi, Baş prokurorun müavini protest verdi

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Kamil Quliyevin (şərti) barəsindəki hökmdən Baş prokurorun müavini Heydər Məmmədov tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Suraxanı Rayon Məhkəməsinin çıxardığı 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 18.1 və 61.1.1-ci maddələri ilə bağlı müddəalar hökmdən xaric edilib, onun cəzası yüngülləşdirilərək 2 il müddətə endirilib. 

 

İttihama görə, Kamil Quliyev 14 fevral 2023-cü il tarixdə, saat 18:00 radələrində paytaxtın “8-ci kilometr bazarı” kimi adlanan yerin namaz otağına girərək orada zərərçəkmiş M.M.-ə (şərti) məxsus olan gödəkçəsinin iç cibindən “Samsung” makalı mobil telefonu oğurlayıb. 

 

Bundan başqa, o, 29 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən məscidin namaz otağında zərərçəkmiş N.N.-ə (şərti) məxsus şalvarın cibindən “Samsung Galaxy A02s” markalı mobil telefonu və 30 manat nağd pulu, namaz otağının girişindən solda yerləşən açıq rəfdən isə zərərçəkmiş S.S-ə (şərti) məxsus “Samsung A 21S” markalı mobil telefonu, zərərçəkmiş X.X-nin (şərti) 295 manatını, zərərçəkmiş A.A.-nın (şərti) 525 manatını, ümumilikdə 830 manat dəyərində əmlakı gizli olaraq talayıb.

 

Hökmdən Baş prokurorun müavini Heydər Məmmədov apellyasiya protesti verərək Suraxanı Rayon Məhkəməsinin hökmünün cinayət qanunun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdi.

 

Kamal Məmmədov

Tarix: 15 May 2024, 09:11   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
pravda.az

2Mənbələr