AZ

Rusiya Aİ-nin Azərbaycana və İrana qarşı təxribat tipli fəaliyyətlər həyata keçirdiyini deyir

Rusiya Avropa İttifaqının Azərbaycana və İrana qarşı təxribat tipli fəaliyyətlər həyata keçirdiyini deyir. Bunu Rusiya xarici işlər nazirliyinin müavini Mixail Qaluzin deyib.

"Misiyanın Aİ-nin hibrid müharibəsinin aləti olması faktı onun həm Ermənistan, həm Azərbaycan, həm də digər maraqlı dövlətlər və strukturlar tərəfindən məxfiliyini, hesabatsızlığını və nəzarətsizliyini təsdiqləyir”, - Qaluzin news.ru-ya müsahibəsində bildirib.

Qaluzin hesab edir ki, Avropa İttifaqı və NATO-nun hərbi siyasi təsirini genişləndirmək fikri var və buna görə regiondakı vəziyyətdən istifadə edir.

2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib.

Daha sonra missiyanın sayını 138-dən 209 çatdırıb.
 
Gülnar Nazimqızı



www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
anews.az

1Mənbələr