AZ

Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədrinin növbəti məhkəməsi keçiriləcək

Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının mayın 15-də saat 15.00-da Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçiriləcək.
Keçən il Niderlandda İlhan Aşkın Lahey məhkəməsinin qərarı ilə 1000 avro məbləğində cərimə olunub və iki aylıq həbs cəzasına məhkum edilib. 
2020-ci ilin oktyabr ayında Gəncəyə raket hücumları ilə əlaqədar Haaqada Ermənistan səfirliyi önündə İlhan Aşkının çıxışlarına görə ermənilər onu məhkəməyə veriblər. Lakin İlhan Aşkın apellyasiya şikayəti verib və sabah məhkəmə keçiriləcək. 
İlhan Aşkın keçirdiyi mitinqlərdə erməniləri terrorçu, təcavüzkar kimi tanıtmaqda, həmçinin erməniləri Qarabağdan çıxıb getməyə, torpaqlarımızı məcburi tərk etməyə səsləməsi ilə, buna misal 2020-ci il fevralın 26-da  Xocalı Soyqırımı ildönümündə, İlhan Aşkının mitinqdə çıxış edərək, ermənilərə "Qarabağdan çıxın, oralar sizin torpağınız deyil! Oralar sizə məzar olacaq!" dediyi sözlərə görə ittiham olunur. Bundan başqa, ikinci Qarabağ müharibəsindən sonra minalanmış sahələri təmizləmək üçün "ermənilərdən xəritəni əldə etməyin yolu, erməni əsirlərini həmin ərazilərdə gəzdirməkdir" kimi fikirlərinə görə də ittiham olunur. 
Bütün bunlar Niderland Krallığının qanunlarına görə ermənilərə qarşı iğtişaş kimi qəbul olunur.
İlhan Aşkınin diasporanın fəaliyyətində rolu çox böyükdür. İlhan Aşkın 44 günlük Qarabağ müharibəsindən  sonra 100-dən artıq əlil arabasının ölkəmizə gətirib I və II Qarabağ müharibələrinin qazilərinə paylanmasının təşkilatçısı olmuşdur. 
Azərbaycanın bütövlüyü uğrunda, erməni separatçılarına qarşı mücadilə aparan, daim bizimlə, yanımızda olan İlhan Aşkının bu gün biz yanında olmalı və ona dəstək verməliyik. 
Ədalət, haqq yerini tutmalıdır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
193
4
olaylar.az

5Mənbələr