AZ

Məhkəmə hotelin həyətində dava salan şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Cabir Qasımlının (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib,
 

İttihama görə, hadisə 2023-cü il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində fəaliyyət göstərən “Caspian” adlanan hotelin həyətində qeydə alınıb.

 

Belə ki, paytaxt sakini, 1994-cü il təvəllüdlü Cabir Qasımlı zərərçəkmiş Sənan Həsənovala (şərti) mübahisə edib. O, mübahisə zamanı başı ilə zərərçəkmiş şəxsin qəsdən üz nahiyəsindən bir dəfə zərbə endirib. Sonra təqsirləndirilən şəxs onun bir neçə addım arxaya getdiyini görərək qəsdən təpiklə Sənanın bir dəfə qarın, bir dəfə isə üz nahiyəsinə yumruqla vurub. Nəticədə Cabir xuliqanlıq niyyəti zərərçəkmişə xəsarətlər yetirib. 

 

Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

 

 

 

Tarix: 15 May 2024, 09:09   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
pravda.az

2Mənbələr