AZ

Argentinalı mütəxəssis “Milan”ın baş məşqçisi ola bilər

İtaliyanın “Milan” klubunda baş məşqçi postuna daha bir namizəd bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə yerli jurnalist Canluka Di Marzio sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Marselo Qalyardo A Seriyası təmsilçisinin sükanı arxasına keçə bilər. Klub rəhbərliyi onunla müqavilə bağlamağa çalışacaq. Mütəxəssis hazırda Səudiyyə Ərəbistanında “Əl-İttihad”a rəhbərlik edir.

Qeyd edək ki, Stefano Pioli mövsümün sonunda “Milan”dan ayrılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
msport.az

1Mənbələr