AZ

Yaxın saatlarda şad xəbərlər eşidə bilərik – ANONS

Yaxın saatlarda şad xəbərlər eşidə bilərik – ANONS

Qazaxın anklav olmayan 4 kəndinin bu gün (mayın 15-də) Azərbaycanın tam nəzarətinə keçəcəyi ilə bağlı məlumatlar yayılıb. Hazırda bu ərazilərdə hansı prosesin baş verdiyi isə maraq doğuran məqamlardandır.

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Qazaxın 4 kəndinin bu gün tam şəkildə Azərbaycanın nəzarətinə verildiyi elan edilə bilər:

"Həmin kəndlərdə delimitasiya və demarkasiya prosesinin başa çatdığını hesab edirəm. Çünki cəmi 12 km-lik sərhəd xəttinin demarkasiyası idi. Delimitasiya prosesi isə daha əvvəl başa çatdırılmışdı".

Bu ərazilərdə ermənilərin yaşayıb-yaşamadığı ilə bağlı sualımıza Ədalət Verdiyev belə cavab verib:

"Sözügedən kəndlərdə erməni sakinlər ümumiyyətlə mövcud olmayıb. Çünki bu ərazilər darmadağın vəziyyətdə idi. Evlərin bəzilərinin sadəcə bünövrəsi gözə dəyirdi. Bu kəndlər tarixi Azərbaycan torpaqlarıdır. Qarabağ kimi həmin ərazilər də öz sahiblərinə qayıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
2
sonxeber.az

3Mənbələr