AZ

“Aİ missiyası Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətlər həyata keçirir” – Qaluzin


“Aİ (Avropa İttifaqı) missiyası Ermənistanın qonşuları olan Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür və açıq şəkildə təxribat xarakterli fəaliyyətlər həyata keçirir”.
Yeniavaz.com
xəbər verir ki, bunu News.ru portalına müsahibəsində Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin deyib.
“Missiyanın Aİ-nin hibrid müharibəsinin aləti olması faktı onun həm Ermənistan, həm Azərbaycan, həm də digər maraqlı dövlətlər və strukturlar tərəfindən məxfiliyini, hesabatsızlığını və nəzarətsizliyini təsdiqləyir”, - deyə Qaluzin qeyd edib.
O bildirib ki, missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğuldur:
“Ermənistan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün “təhlükəsizlik və firavanlıq mənbəyi” olması barədə yanlış fikirlər aşılayır. Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakteri alır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
12
yeniavaz.com

10Mənbələr