AZ

41 il sonra yenidən ÇL-də

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqası klublarından "Aston Villa" növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanıb.

QOL.az xəbər verir ki, bu, Premyer Liqanın 34-cü turundan təxirə salınmış, ötən gecə keçirilən “Mançester Siti” - “Tottenhem” oyunundan sonra dəqiqləşib. "Tottenhem" sözügedən matçda rəqibinə 0:2 hesabı ilə uduzub.

İngiltərə çempionatının 37 turundan sonra "Tottenhem" 63 xal toplayıb və 5-ci pillədə qərarlaşır. Eyni sayda oyundan sonra "Aston Villa" 68 xal toplayıb və 4-cü yerdədir. İngiltərə çempionatının bitməsinə bir tur qalıb, "Tottenhem" isə bu gün uduzmaqla "Aston Villa"ya çatmaq şanslarını itirib.

"Aston Villa" 41 il sonra ilk dəfə Çempionlar Liqasında iştirak edəcək.

Qeyd edək ki, "Aston Villa"nın baş məşqçisi Unay Emeridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
teleqraf.com

3Mənbələr