AZ

Mühasib - VAKANSİYA

Fins.az xəbər verir ki, "Alka" şirkəti "Mühasib" vakansiyası elan edir.

Tələblər:

  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu aparılması;

  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib etmək;

  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunun aparılması;

  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarını (ƏDV, ÖMV, hesabatı) təqdim etmək;

  • Şirkətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılması;

  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin ödənişinin aparılması;

  • Müştəri və biznes üzrə digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq(üzləşmə aktlarının tərtibi);

  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;

  • Dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib etmək.

  • Uçot üzrə bütün əməliyyatların 1C 8.3. proqramına işlənilməsi.

Vəzifəyə tələblər:

  • Təhsil : Ali (mühasibatlıq, maliyyə)

  • Sertifikat – ACCA F2, F3 sertifikatının olması arzuolunandır

  • Dil bilikləri: Azərbaycan (zəruri), Rus, İngilis (arzuolunan)

  • Təcrübə: Restoran sektorunda təcrübəsinin olması üstünlük təşkil edir.

  • Əmək haqqı: 1000-1400 man (Əmək haqqı danışıq əsasında müəyyən olunacaq )

CV-nizi [email protected] e mail ünvanına göndərə bilərsiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
fins.az

1Mənbələr