AZ

"Əgər İsrail Rafaha hücum edərsə, ABŞ..."

Co Bayden administrasiyası hesab edir ki, İsrail Rafahın girişində yaxın zamanlarda şəhərə tamiqyaslı hücuma başlamaq üçün artıq kifayət qədər qoşun toplayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hökumətində iki yüksək vəzifəli məmura istinadən CNN telekanalı məlumat verib.
 
Lakin bu məmurlar hal-hazırda Təl-Əvivin bu əməliyyata cəsarəti çatacağına, beləliklə də Amerika prezidentinə birbaşa meydan oxuyacağına əmin deyil.
 
Mənbələrdən biri vurğulayıb ki, İsrail ABŞ-ın istəklərini icra etməyib və hazırda Rafahda yaşayan bir milyondan çox Qəzza sakinlərinin, o cümlədən ərzaq, gigiyena və yaşayış yeri də daxil olmaqla potensial təxliyəsi üçün "adekvat hazırlığına hətta yaxınlaşmayıb".
 
"Əgər İsrail indi Rafahda yürüstü əməliyyata başlasa, o, açıq şəkildə ABŞ-ın sıx məskunlaşan şəhərə tammiqyaslı hücumdan imtina etmək barədə çoxsaylı və təkidli istəklərinin ziddinə gedəcək", - telekanal qeyd edib.
 
"Bu xəbərdarlıq birmənalı şəkildə ötən həftə Baydenin özü tərəfindən ifadə edilib, o, bəyan edib ki, əgər İsrail belə addım atarsa, ABŞ İsrailə bəzi növ silahların tədarükünü dayandıracaq", - o, deyib.
 
"Prezident açıq şəkildə anladıb ki, belə əməliyyatın keçirilməsi üçün müəyyən hücum silahları tədarük etməyəcək", - bunu öz növbəsində jurnalistlərə Ağ Evdə Milli Təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan bəyan edib və dəqiqləşdirib ki, "bu, hələ baş verməyib".
 
Müharibənin artıq səkkizinci aydır davam etdiyinə görə ABŞ rəsmi şəxsləri getdikcə İsrailin müharibəyə yanaşmasının doğru olmasına, yəhudi dövlətinin HƏMAS-ın və onun rəhbərliyinin tam məhv edilməsi ilə bağlı bəyanatlarına şübhə ilə yanaşır.
 
ABŞ Dövlət katibinin müavini Kurt Kembell qeyd edib ki, ABŞ və İsrail arasında "qələbənin nəzəriyyələri" ilə bağlı gərginlik mövcuddur.
 
İsrailin "başını Rafaha" batırmaq cəhdləri dəhşətli nəticələrə gətirib çıxara bilər, ABŞ Dövlət katibi xəbərdarlıq edib.
 
ABŞ-ın İsrailin HƏMAS-ı tam məhv etmək qabiliyyətinə şübhə ilə yanaşmasına rəğmən, Bayden administrasiyası etiraf edir ki, İsrail Müdafiə Ordusu bir çox ilkin hərbi məqsədlərinə nail olub.
 
Məsələn, Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin fikrincə, HƏMAS "xeyli dərəcədə deqradasiya edib".
 
"HƏMAS-ın yüksək vəzifəli liderlərinin Rafahda olması aydın deyil, lakin ABŞ bu təşkilatın imkan daxilində daha çox terrorçularının, o cümlədən HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvarın mühüm kəşfiyyat yardımı göstərilməsi yolu ilə izlənilməsi və kökünün kəsilməsi missiyasında yardım etməkdə davam edir", - telekanal qeyd edib.
 
Bundan öncə məlumat verilib ki, ABŞ Dövlət katibinin müavini Kurt Kembell bu gün birbaşa bəyan edib: "HƏMAS üzərində mütləq hərbi qələbə real deyil".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
25
moderator.az

10Mənbələr