AZ

Şimali Koreya lideri taktiki raket sistemi ilə tanış olub

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun Qərbəməliyyat qrupu ilə birlikdə istifadəyə veriləcək taktiki raketsistemi ilə tanış olub.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi XəbərAgentliyi məlumat yayıb.

Məlumatda silahların növü ilə bağlı təfərrüatlar verilmir, lakinilin birinci yarısında istehsal olunan raket buraxılış qurğularınınatəş zərbəsi endirmək kimi vacib vəzifəni yerinə yetirmək üçüncavabdeh olan bölmələrlə birlikdə istifadəyə veriləcəyi qeydolunur.

Kim Çen In hərbi-sənaye kompleksi müəssisələrində istehsalnəticələrini müsbət qiymətləndirib və ordunun müharibəyəhazırlığında köklü dəyişikliyə nail olmaq üçün cari ildə hərbiistehsal planının mütləq şəkildə həyata keçirilməsinin zəruriliyinivurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
40
az.trend.az

10Mənbələr