AZ

Ərinin şəhid olduğu binaya köçən qadın: "Ən böyük arzusu oğlumuza Şuşada ev almaq idi" – VİDEO

Ərinin şəhid olduğu binaya köçən qadın: "Ən böyük arzusu oğlumuza Şuşada ev almaq idi" – VİDEO

Şuşa hər daşından tarix yağan, Vətənimizin incisi olan torpağımızdır. Hər səhər yeni övladlarının ayaq səslərinə ayılır. İndi Şuşanın buz bağlamış divarları doğma balalarının ilıq nəfəsləri ilə isinir. Düz 32 il sonra ailəsi ilə birlikdə Şuşaya köçən Gülbəniz xanımda Şuşa qədər sevinclidir.

Sonxeber.az xəbər verir ki, Gülbəniz Fərhadova keçirdiyi hisslər ilə bağlı "Apa TV"yə danışıb. Deyir xoşbəxtəm ki, Azərbaycanın qəhrəmanlarının qanı bahasına azad etdiyi və qurduğu Şuşaya qayıtmışıq:

"Fikirləşirsən ki, mən bu hisslər ilə bağlı hansı cümləni tapım. Həddindən artıq həyəcanlı bir an idi. Şuşaya ilk gəlişimiz, vətən və torpaq həsrətinə son qoyduğu üçün cənab prezidentimizə dərin təşəkkürümüzü bildirir. Canından keçən şəhidlərimizə hər birimiz borcluyuq".

Gülbəniz Fərhadova deyir ki, Şuşadan çıxanda 23 yaşı olub. Böyük övladı 40 günlük olanda Şuşanı tərk edib.

"Şuşa Rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışam. Mən 23 yaşında o inzibati binanı tərk edən və 32 il sonra yenidən o binaya qayıdan yeganə əməkdaşam".

Gülbəniz Fərhadovanın həyat yoldaşı Vidadi Fərhadova Şuşa azad olunduqdan sonra yenidən qurulmasında yaxından iştirak edib. Mühəndis kimi çalışıb. 2023-cü il antiterror əməliyyatları zamanı ermənilərin açdığı atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
sonxeber.az

1Mənbələr