AZ

Arıqladan səhər yeməkləri - Fitnes məşqçilərindən TÖVSİYƏ

İnsanın günü səhər yeməyi ilə başlayır. Həkim və diyetoloqlar dəfələrlə bu yeməyin əhəmiyyətini vurğulayıblar. Xüsusən də arıqlamaq istəyənlər səhər yeməyinə diqqət etməli, onu lazımsız bilib tərk etməməlidirlər. El arasında belə bir deyim də var ki, səhər yediklərimiz həzmə gedir.
 
Bəs bədən quruluşunuzu formada saxlamaq üçün səhərlər nə yemək məsləhətdir?
 
Moderator.az  fitnes məşqçilərinin məsləhətlərini təqdim edir.
 
Fitnes məşqçisi Cek Forrester toxluq hissini uzatmaq üçün səhərlər zülallı yeməklərdən istifadə etməyi məsləhət görür. Zülal insanı doydurduğu üçün daha az kalori qəbul etməyə səbəb olur. Forrester səhərlər frittata yeməyə üstünlük verir. Bu, tərkibində pendir, tərəvəz, kolbasa və ya ət olan italyan qayğanağıdır.
 
Rossfit məşqçisi Cozi Bakster isə səhərlər yulaş əzməsi və protein qarışığından ibarət zülal sıyığı yediyini bildirir. Sıyığa darçın və zövqə görə meyvələr də əlavə etmək olar.
 
İdmançıların qidalanması üzrə mütəxəssis Ben Pul isə səhərlər sadə və tez hazırlanan, yüksək protein tərkibli lopaları südlə qarışdırıb yeməyi sevdiyini və məsləhət gördüyünü bildirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
moderator.az

1Mənbələr