AZ

İsrail iş adamları Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdırlar - Elina Bardaç-Yalova (Müsahibə) (FOTO)

Bakı. Trend:

İsrail iş adamları Azərbaycanla bütün sahələrdə əməkdaşlıqdamaraqlıdırlar.

Bu barədə Trend-əözəl müsahibəsində "Adassa" Akademik Kollecinin və "Beqin-Sadat"Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Elina Bardaç-Yalovadeyib.

"İndiyədək yüksək texnologiyalardan tutmuş tibbə qədər müxtəlifsahələrdə ünsiyyət qurmaq imkanı əldə etdiyim bütün israilli işadamları azərbaycanlı tərəfdaşlarla əməkdaşlığa maraq göstərirlər.Bundan əlavə, Azərbaycana konfransa getdiyimi bilənlər məndən xahişedirlər ki, müəyyən bir sahədə imkanlar barədə məlumat əldə edim.Təsdiq edə bilərəm ki, istisnasız olaraq hamı Azərbaycanda, ocümlədən işğaldan azad edilmiş torpaqlarda işləməyə maraq göstərir.Fəaliyyət dairəsini genişləndirmək imkanı yarandıqda, istər yüksəktexnologiya, istər tibb sənayesi olsun, istisnasız olaraq hamıAzərbaycan bazarına daxil olmaqda maraqlıdır", - deyə obildirib.

Onun sözlərinə görə, Azərbaycanda İsrail şirkətləri arasındarəqabət əhəmiyyətlidir. “İri İsrail korporasiyaları bir ildənartıqdır ki, Azərbaycan bazarında uğurla fəaliyyət göstərir. Mənuzun müddətdir burada olan şirkətləri tanıyıram. Məsələn, pilotsuzuçuş aparatlarının istehsalında ixtisaslaşan "Aeronautics" kimi birşirkət var", - deyə E.Bardaç-Yalova əlavə edib.

Bakı ilə Təl-Əviv arasında potensial əməkdaşlığın konkretistiqamətlərindən danışan E.Bardaç-Yalova qeyd edib ki, israilli işadamları kənd təsərrüfatı, İKT və tibb sahələrində əməkdaşlığaxüsusi maraq göstərirlər:

"Kənd təsərrüfatının inkişafı ilə bağlı bəzi danışıqlarda şəxsənmən iştirak etmişəm. Biz bu sahədə mümkün əməkdaşlığı, o cümlədənQarabağda kənd təsərrüfatının inkişafını müzakirə etdik. Quru vədağlıq ərazilərdə əkin sahələrinin becərilməsi, torpaqlarınsuvarılması məsələlərinə baxılıb. İsrailin informasiyatexnologiyaları sektoru da Azərbaycan bazarına böyük maraqgöstərir. Azərbaycan bazarına daxil olmaq və İsrail bazarınaazərbaycanlı tərəfdaşları daxil etmək istəyən İsrailin bir çox İTşirkətləri ilə əlaqə saxlamışam. Həmçinin su ehtiyatları ilə bağlıçoxlu müzakirələr aparılıb və Azərbaycanda, xüsusən də Qarabağdaişləməyə maraq son dərəcə yüksəkdir. Mən anladığım qədər buərazilərdə ciddi təmir işləri aparılır ki, bu da İsrail şirkətləriüçün imkanlar açır. Ona görə də bütün bu məsələlər həm dövlətsektorunu, həm də özəl strukturları maraqlandırır".

E.Bardaç-Yalova qeyd edib ki, İsrail şirkətləri tibb sahəsindəəməkdaşlığa böyük maraq göstərirlər:

"Mən bilirəm ki, bir çox xəstəxanalar təkcə tibbi avadanlıqlarsahəsində deyil, həm də azərbaycanlı tələbələrin hazırlanmasındaəməkdaşlıqda maraqlıdırlar. Azərbaycan tərəfi də bizim qabaqcıltexnologiyalara və ixtisaslı mütəxəssislərə malik olduğumuzu nəzərəalaraq buna böyük maraq göstərir. Kadr çatışmazlığı səbəbindəndigər ölkələrdən həkimləri tibb sahəsinə fəal şəkildə cəlb edirik.Bu həm İsrail, həm də Azərbaycan tərəfi üçün böyük maraqdoğurur".

E.Bardaç-Yalova, həmçinin Azərbaycanın Təl-Əvivdə səfirliyininaçılmasının iki ölkə arasında münasibətlərdə əlamətdar hadisəolduğunu vurğulayıb:

"İsrail ilə Azərbaycan arasında dostluq qrupunun keçmiş rəhbərikimi deyə bilərəm ki, bütün bu illər ərzində əlaqələrimiz fəalşəkildə inkişaf edir. Azərbaycanın İsraildə səfirliyinin açılmasıilə bağlı Azərbaycan tərəfi ilə apardığımız danışıqlarıxatırlayıram. İsrail üçün bu, əlamətdar hadisə olub. Azərbaycanınstrateji və geosiyasi mövqeyini nəzərə alsaq, bu, bizim üçün dəböyük əhəmiyyət kəsb edirdi. Mən təsdiq edə bilərəm ki, bu, İsrailhökumətini Bakı ilə ikitərəfli danışıqları stimullaşdırdı. İştiraketmək imkanım olan Azərbaycan tərəfi ilə bütün görüşlərdə hər ikitərəfdən əməkdaşlığı fəal şəkildə təşviq edən iş adamları iştirakedirdilər".

Y.Bardaç-Yalova qeyd edib ki, bu, ikitərəfli münasibətlərininkişafının sürətlənməsinə töhfə verib:

"Bəzi şirkətlərin bazarı tərk etməsi və indi geri qayıtmağaçalışması səbəbindən İsrail son vaxtlar hava nəqliyyatı vəuçuşlarda ciddi problemlər yaşayıb. Onlar may ayındaqayıdacaqlarına söz verdilər, sonra fikirlərini dəyişdilər və s. Busəbəbdən uçuşlarda böyük çətinliklər yarandı. Mən bu yaxınlardaAzərbaycan aviaşirkətinin reyslərindən birində uçdum və hər şeysaat mexanizmi kimi işləyirdi. Bu, həqiqətən də münasibətlərimizdəəlamətdar bir məqamdır".

Sonda Elina Bardaç-Yalova Azərbaycan və Ermənistan arasındasərhədin delimitasiyası prosesi ilə bağlı davam edən danışıqlarınəhəmiyyətinə toxunub:

"Biz hesab edirik ki, Azərbaycan nə etdiyini tam olaraq bilir.Və əgər o, bu cür addım atırsa, düzgündür. Ona görə də biz hazırdaregionda baş verən hadisələri fəal şəkildə izləyirik. Azərbaycanbizim üçün təkcə dost deyil, həm də geosiyasi maraqlarımızı nəzərəalsaq, mühüm geosiyasi müttəfiqdir".

İsrail
İsrail
İsrail
İsrail
İsrail
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
2
az.trend.az

3Mənbələr