AZ

Belousovun təyinatında şok detal: Ərdoğan faktoru…

Müdafiə naziri vəzifəsində sırf mülki şəxsin olması son onilliklərdə qlobal bir tendensiya olub. Müasir reallıqlarda bu, daha çox siyasi xadim, adminstrator və idarəçidir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov iqtisad elmləri doktoru Andrey Belousovun Rusiya müdafiə naziri təyin olunması haqda danışarkən deyib.

“Bir sıra dövlətlərdə hətta qadınlar müdafiə naziri postuna təyin olunur, hərbi işlərdən çox uzaq olanlar da olur - məsələn, Almaniyada olduğu kimi, ginekoloq müdafiə naziri təyin olunub. Andrey Belousov Rusiyanın müdafiə naziri vəzifəsini icra edən ilk mülki şəxs deyil. Hər kəs, əlbəttə ki, Nikolay Serdyukovu xatırlayır. Sergey Şoyqu da ənənəvi mənada hərbçi deyildi. Lakin xüsusi hərbi əməliyyatın ən çətin illəri məhz onun rəhbərliyi dövründə baş verdi. Qeyd edim ki, Rusiyanın dünyada çoxlarını heyran qoyan qabaqcıl silahlarının hazırlanmasında və istifadəsində liderliyi qismən Andrey Belousovla bağlıdır. O, bir neçə mühüm sahəyə şəxsən nəzarət edirdi. Həmçinin onun rəhbərliyi altında Rusiyanın 2030-cu ilə qədər texnoloji inkişaf konsepsiyası hazırlanıb. Belousovun strategiyası sayəsində Rusiya kifayət qədər qısa müddətdə ciddi sabit iqtisadiyyat qura bildi. Bunun fonunda ABŞ-ın tətbiq etdiyi sanksiyalar onu yalnız gücləndirir, AB ölkələrini isə əksinə, bumeranq effektilə vurur”, - o bildirib.

Arkovun fikrincə, Belousov bu günlərdə bəlkə də ən çox müzakirə olunan siyasi adamdır:

“Belousov ABŞ, AB və bir sıra digər dövlətlərin beynəlxalq sanksiyalarına avtomatik olaraq məruz qalsa da, Ukrayna ərazisindəki hərbi hadisələrlə birbaşa əlaqəsi yoxdur. Bütün bunları nəzərə alsaq, o, Qərblə danışıqlar aparmaq üçün Rusiya hakimiyyətinin güc blokunun səlahiyyətli nümayəndəsi kimi qəbul edilə bilər. Tamamilə aydındır ki, Moskva üçün danışıqlar nə Zelenski, nə də bütövlükdə Kiyevlə mümkündür. Amma bu yaxınlarda Ukraynanın müdafiə naziri təyin edilmiş Rüstəm Umerov vasitəsilə danışıqlar aparıla bilər. O da həm sivil şəxs və eyni zamanda güclü iqtisadçıdır. Pentaqonun himayəsində və faktiki olaraq Lloyd Ostinə birbaşa tabe olmaqla, Zelenskiyə açıq şəkildə məhəl qoymur. Burada Türkiyə Prezidenti Ərdoğanın son aylarda Moskva və Kiyev arasında sülh təşəbbüsləri ilə bağlı artan fəallığı aydın görünür. Umerov Ankaraya və şəxsən cənab Ərdoğana yad adam deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
4
axar.az

5Mənbələr