AZ

Ukraynaya qəfil və məxfi səfər – Müharibənin taleyi dəyişir?

  ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun Ukraynaya yardımını müzakirə etmək üçün Kiyevə gedib. Rusiya ordusunun Xarkov istiqamətində irəlilədiyi və Ukrayna Prezidenti Volodimir Zelenskinin cəbhədə vəziyyətin gərgin olduğu ilə bağlı açıqlama verməsinin ardınca baş tutan səfər müzakirələrə səbəb olub.

Bu səfər müharibənin gedişində ciddi dönüş yaradacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, bu, ABŞ-ın Ukraynaya yardımı Konqres tərəfindən təsdiqləndikdən sonra Blinkenin ilk səfəridir:

“Belə səfərlər hər zaman məxfi saxlanılır. Rusiyanın bir neçə istiqamətdə hücuma keçdiyi ərəfədə Blinkenin səfəri Ukrayna üçün olduqca əhəmiyyətli idi. Rusiya Xarkov, Donetsk ətrafında artıq bir neçə yaşayış məntəqəsini ələ keçirib və hücumun kəsərini artırmaq niyyətindədir. Rəsmi Kiyevə də hərbi yardımlar gəlməkdədir. Zelenski və Blinken arasındakı görüşdə də Xarkov istiqamətində iki “Patriot” raketinin yerləşdirilməsinin vacibliyi vurğulandı.

Bundan əlavə, Almaniya kansleri Olaf Şolts Ukraynaya lazımi yardımları edəcəyini bildirmişdi. 2024-cü ildə 7 milyard avro maliyyə dəstəyi verilməsi qərarlaşdırılıb”.

 
Politoloqun sözlərinə görə, Rusiya Ukrayna cəbhəsində panika yaratmağa çalışır:

“Rəsmi Moskva Kiyevə qarşı informasiya müharibəsinə başlayıb. Bu səbəbdən ukraynalı jurnalistlər saxta informasiyalara qarşı mübarizə aparmağa çalışırlar. Qərb başa düşür ki, Rusiya qələbə qazanarsa, növbəti hədəf Avropadır.

Görünür, müharibə tezliklə bitməyəcək. Ukrayna da öz növbəsində yaxın 7-10 gün ərzində gözlənilən əks-hücum əməliyyatına başlaya bilər”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
50
referans.az

10Mənbələr