AZ

"Belə hallarla daha əvvəl də qarşılaşmışıq"

"Üçüncü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Xırdalan"ın baş məşqçisi Uğur Özdəmir Azərbaycan Basketbol Liqasında "NTD-İndiqo"ya qarşı keçirəcəkləri matçlar barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis onları çətin qarşılaşmanın gözlədiyini bildirib:

"Hər iki komanda mövsümü uğurla başa vurmaq istəyir. "NTD-İndiqo" ilə matçda 2 oyunçumuzun (Cakori Arçi və Zeyver Bryuer) xidmətindən yararlana bilməyəcəyik".

Özdəmir rotasiya imkanlarının da çox olmadığını söyləyib:

"Amma belə hallarla daha əvvəl də qarşılaşmışıq. Bütün bunlara rəğmən, 3-cü pilləni tutmaq üçün əlimizdən gələni edəcəyik".

Ttərəflər arasındakı ilk matç mayın 15-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
sportinfo.az

1Mənbələr