AZ

"O, hər yerdə ən yaxşı olmaq, bütün dünyada tarix yazmaq istəyir"

Belçikalı futbolçu Tomas Menye hücumçu Kilian Mbappenin PSJ-dən ayrılmaq qərarına münasibət bildirib.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, “Trabzonspor”da forma geyinən futbolçu, Mbapennin hər yerdə ən yaxşı olmaq istədiyini deyib:

“O, təkcə Fransada deyil, bütün dünyada tarix yazmaq istəyir. Bu, böyük futbolçunun əlamətidir.

O, hər yerdə ən yaxşı olmaq istəyir. Mbappe İngiltərədə oynaya bilər.

Məsələn, Kriştiano Ronaldo bunu etdi. Özünü bütün dünyaya göstərmək üçün hər yerdə qalib gəlmək lazımdır”.

Mbappe mayın 10-da PSJ-dən ayrıldığını açıqlayıb. Onun Paris klubu ilə müqaviləsi bu yay başa çatır. Fransalı hücumçunun “Real”a keçəcəyi deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
sportinfo.az

1Mənbələr