AZ

ABŞ Ukraynaya daha bir “Patriot” batareyası göndərməyi planlaşdırır

ABŞ

ABŞ prezidenti Co Bayden administrasiyası Kiyevi daha bir “Patriot” batareyası ilə təmin etməyi düşünür. Bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.

Reyting.az
agentliyə istinadla bildirir ki, Vaşinqton Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacını ödəmək üçün bunun üzərində işləyir.

Bundan əlavə, Ukraynanın avropalı müttəfiqləri də öz ehtiyatlarından Kiyevə əlavə hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırırlar.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Antoni Blinkendən Xarkov və region üçün iki “Patriot” hava hücumundan müdafiə sistemi istəyib. Zelenski həmçinin Ukraynaya yeni hərbi yardım paketinin mümkün qədər tez çatdırılmasına çağırıb.

E. KAMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
1
reyting.az

1Mənbələr