AZ

AVRO-2024: Yalnız kapitanlar hakimlə danışacaq

Bakı. Trend:

AVRO-2024-də yalnız yığma kapitanları hakimlərə yanaşmaqhüququna malik olacaqlar.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə UEFAturnir iştirakçılarına təlimat göndərib.

Qurumun Hakimlər Komitəsinin direktoru Roberto Rozettitərəfindən göndərilən məktub UEFA-nın saytında yayımlanıb. Hakiminmeydandakı 22 futbolçunun təzyiqi zamanı öz qərarını tam açıqlayabilmədiyi və bu addımın oyunun imicinə zərbə vurduğu bildirilib.Rozettinin məktubunda bəzi qərarların həmişə müzakirə olunacağınıvə ədalət təmsilçilərinə bunları açıqlaması üçün şəraitinyaradılmasının əhəmiyyəti vurğulanıb. Müraciətdə kapitanlarqaydalara riayət etməyə çağrılıb və onların hakimlərlə ünsiyyətquracaq əsas şəxs olduğu qeyd edilib.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 11-nə kimiAlmaniyada təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
2
az.trend.az

3Mənbələr