AZ

Ayda dəmir yolu inşa edəcəklər

Ayda

Yaxın gələcəkdə Ayda dəmir yolu olacaq. Bu layihənin icrasına 2030-cu illərdə başlayacağı təxmin edilir.

Reyting.az
xəbər verir ki, bu barədə NASA-dan bildiriblər.

Alimlərin dediyinə görə, artıq heç kimə sirr deyil ki, Ay planeti Marsa, həmçinin günəş sisteminin ucqar guşələrinə gedən yolda istehsal və daşınma bazası hesab olunur. Bu, Ay səthində malların, həm də peykdə minalanmış materialların: suyun, hidrogen və reqolitin, eləcə də digər mal növlərinin daşınmalarından ötrü nəzərdə tutulan böyük bir nəqliyyat şəbəkəsinin yaradılması üçün planlaşdırılan layihədir. NASA tədqiqatçıları düşünür ki, layihəyə uyğun ideal həll dəmir yoludur, lakin Aya xüsusi yol lazımdır.

Ay üçün nəzərdə tutulan yeni böyük layihə - "Robotic Lunar Surface Operations 2" proqramının bir hissəsi onun səthində işləyərək robotik əməliyyatlar aparacaq, digər hissəsində isə qeyri-adi robot nəqliyyat sistemi yaradılacaq.

Ayın dəmir yolunun texniki anlayışı, qısaca olaraq FLOAT-ın, yəni "Flexible Levitation on a Track" adlanan proqram layihənin sadə yozumu belədir: sərbəst rels üzərində cismə toxunmadan yüngül hərəkət, sərbəst relsdə levitasiya.

Bütövlükdə FLOAT proqramı çərçivəsindəhəyata keçiriləcək bu elmi konsepsiyaların hazırlanması artıq başa çatıb və iş ikinci mərhələyə keçib. Bu mərhələdə layihənin kritik elementləri işlənməyə başlayacaq.

FLOAT treki və ya marşrutu çevik üçqatlı lent olacaq. Beləliklə, Ayda polad və ya dəmir relslərə, həmçinin əsas yolların çəkilməsinə ehtiyac qalmayacaq. Sadəcə, Ay səthində lenti çarxdan çıxarıb düzgün yerə yaymaq kifayətdir ki, əgər marşrut dəyişərsə, onu yenidən geriyə dolamaqla başqa yerə yerləşdirmək mümkün olsun.

Bir qrafit (Qrafitin elmi mənası karbonun allotropik modifikasiyası, həm də bircinslielementlər sinfinə aid mineral deməkdir. O, laylı struktura malikdir) lent təbəqəsi Ay səthində malların daşınması üçün arabaların qaldırılmasına cavabdeh olacaq. Bu, diamaqnit levitasiyası deyilən yüngül bir şeyi yenidən yaratmağa imkan verəcəkdir.

Hothardware.com saytı xatırladır ki, bu yaxınlarda Yaponiya alimləri də oxşar texnologiya ilə uğur qazanıb və onların da tətbiq etdiyi praktikada ikinci təbəqə yüngül arabaların hərəkətinə - onların həm sürətinə, həm də istiqamətinə nəzarət edəcək. Məhz bunun üçün də alimlər həmin təbəqədə lazımi sxemlərin həyata keçirilməsini təmin edəcəklər.

Tədqiqatçıların fikrincə, nəhayət ən sonda üçüncü təbəqə tamamilə enerjiyə bağlı olacaq: bütün bunlar isə tam lentə quraşdırılmış çevik günəş batareyaları sayəsində həyata keçiriləcək. Onlar Ayda nəqliyyat şəbəkəsi və kolonistlərin digər ehtiyacları üçün elektrik enerjisi istehsal edəcək.

Yüngül arabalar Ay səthində maneəsiz, həmçinin heç bir güc olmadan fəaliyyət göstərəcək. Bu, diamaqnit levitasiyası üçün mümkündür. Onlar nisbətən kiçik yük daşıyacaq, lakin bir gündə nəqliyyat sistemi hər araba üçün 1,6 km/saat sürətlə bir yerdən digər yerə 100 tona qədər material daşıya biləcək.

FLOAT sisteminin inkişafının ikinci hissəsi hesab edilən mərhələdə NASA mühəndisləri nəqliyyat şəbəkəsinin bir sıra irimiqyaslı prototiplərini, həm də Ayın mənzərəsini simulyasiya edən böyük sınaq stendində nümayiş etdirəcəklər.

Bundan əlavə, prototip xarici mühitin - temperaturun, radiasiyanın, yüklənmə və Ay reqolitinin çirklənməsinin bu sistemin işinə, davamlılığına təsirini qiymətləndirə biləcək.

Qeyd edək ki, NASA əməkdaşları və bu sahədə çalışan aparıcı mütəxəssisləri iləyanaşı, ABŞ-nın "Hortrop Qrumman" hərbi sənaye şirkəti də son vaxtlar Ayın nəqliyyat şəbəkəsinin problemlərinə cəlb olunub.

2024-cü ilin mart ayında NASA-nın rəsmi açıqlamasından sonra məlum olub ki, Ayda dəmir yolu salmaq üçün ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Araşdırma Layihələri Agentliyi (DARPA) ilə müqavilə imzalanıb.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
reyting.az

1Mənbələr