AZ

2023-cü ildə dünyada ölkə üzrə məcburi köçkünlərin sayı 75,9 milyon nəfərə çatıb

2023-cü ildə dünya üzrə məcburi köçkünlərin sayı 75,9 milyona çatarkən, bunun son 5 ilin ən yüksək səviyyəsi olduğu bildirilir.

"Operativ Media" xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) verdiyi yazılı açıqlamada, Daxili Köçkünlük Monitorinq Mərkəzinin (IDMC) hesabatında 2023-cü ildə ölkədaxili yerdəyişmə rəqəmlərinin müzakirə edildiyi bildirilib.

IDMC-nin hesabatında qeyd olunub ki, son 5 ildə məcburi köçkünlərin sayı 49 faiz artaraq 75,9 milyon nəfərə çatıb.

Hesabatda 2023-cü ildə təxminən 47 milyon insanın ölkə daxilində məcburi köçkün və ya köçkün olacağına diqqət çəkilib.

Hesabatda 2023-cü ildə qarşıdurma və zorakılıq səbəbiylə 20,5 milyon insanın ölkə daxilində didərgin düşdüyü və bu insanların təxminən 30 faizinin Sudandakı müharibə, 17 faizinin isə İsrailin Qəzza zolağına qarşı başlatdığı hücumlar səbəbiylə köçkün olduğu bildirilib.

Hesabatda təbii fəlakətlərin 2023-cü ildə milyonlarla insanı didərgin saldığına diqqət çəkilərək, Afrikanın cənub-şərq sahillərini təsir edən Freddi qasırğası, Türkiyənin Kahramanmaraş mərkəzli zəlzələlər və Myanmada Moça qasırğası kimi fəlakətlərin 26,4 milyon insanı didərgin saldığı qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
2
operativmedia.az

3Mənbələr