AZ

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

"OpenAI" şirkəti tərəfindən hazırlanmış "ChatGPT" çat-botu yeni "GPT-4o" modelini təqdim edib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, təqdim olunan bu modelin yeni özəlliyi görüntü və səsləri anlamasıdır. 

Belə ki, "ChatGPT" kamera vasitəsilə insanın necə göründüyünü başa düşə və xarici görünüşü ilə bağlı şərhlər verə bilir. Hətta həmin adamın harada olduğunu da deyə bilir. 

Şirkət əvvəlki modellərə nisbətən bunun daha sərfəli olduğu üçün pulsuz təqdim ediləcəyini vurğulayıb. 

Qeyd edək ki, "ChatGPT" çat-botu 2022-ci ilin noyabrında istifadəyə verilib. Bot bundan öncə yalnız mətnlər yazıb, onları tərcümə edə və istifadəçilərin suallarını cavablandıra bilirdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
3
milli.az

4Mənbələr