AZ

Peruda avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb

Peruda avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb.

SeherXeber.org xəbər verir ki, bu barədə Perunun yerli KİV-i səhiyyə departamenti məlumat yayıb.

Hadisə ölkənin Ayakuço bölgəsində qeydə alınıb.

Qəza nəticəsində 14 nəfər xəsarət alıb.

RPP radiostansiyasının məlumatına görə, avtobus idarəetməni itirərək yoldan çıxıb, yamacdan aşağı düşüb və bir neçə dəfə aşıb.

Ümumilikdə avtobusda 34 sərnişin olub. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
33
seherxeber.org

10Mənbələr