AZ

Blinken: “Konqres Rusiyanın aktivlərini müsadirə etmək hüququ verib, bundan istifadə edəcəyik”

Konqres bizə Rusiyanın ABŞ-dakı aktivlərini müsadirə etmək səlahiyyəti verib və bundan istifadə etmək niyyətindəyik.

APA “CNN”ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynada törətdiyi dağıntıların əvəzini ödəməlidir.

Blinken bildirib ki, ABŞ dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı digər G7 ölkələri ilə müzakirələr aparır.

“G7 milyardlarla dolların kilidini aça və Putinə güclü mesaj göndərə bilər ki, zaman onun tərəfində deyil”, - Blinken qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
291
apa.az

1Mənbələr