AZ

Rusiya XİN: Aİ missiyası Ermənistanın qonşularına - bizə, Azərbaycan və İrana qarşı daha çox işlər görür

Avropa İttifaqının (Aİ) missiyası Ermənistanın qonşularına - Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox iş görür, açıq-aşkar təxribatçı fəaliyyət göstərir.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “News.ru” portalına müsahibəsində deyib.

O, qeyd edib ki, missiya açıq-aşkar təxribatçı fəaliyyət göstərir, tam şəkildə antirusiya təbliğatı, Ermənistan cəmiyyətində bu ölkənin "təhlükəsizlik və rifah mənbəyi" kimi Avropa İttifaqı haqqında yalan fikirlərin yeridilməsi ilə məşğuldur.

Qaluzinin sözlərinə görə, uzunmüddətli regional təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafın təmin edilməsi vəzifələrindən danışılırsa, "qərblilərin bölgəni hərbiləşdirmək və orada Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları bunlara heç uyğun gəlmir.

Yüksək vəzifəli diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıdır. "2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qərarı ilə yaradılan üçtərəfli İşçi Qrup üç ölkənin Baş nazir müavinlərinin birgə sədrliyi ilə məhz bununla məşğul olur", - o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
16
report.az

10Mənbələr