AZ

Bu il Türkiyədə son 53 ilin ən isti aprel ayı qeydə alınıb

Bu

İstanbul, 15 may, Günel Karatepe, AZƏRTAC

Ötən ay Türkiyədə son 53 ilin ən isti aprel ayı olaraq qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhasekinin yazılı açıqlamasında bildirilir.

Nazir qeyd edib ki, ötən ay Türkiyə üzrə orta temperatur 16,6 dərəcə olub. Bu da normadan 4,3 dərəcə yüksəkdir. Ən yüksək temperatur isə 38,9 dərəcə ilə Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda ölçülüb.

Məlumatda bildirilib ki, ölkədə hava temperaturunun normadan yüksək olmasına baxmayaraq, ötən il oktyabrın 1-dən bu il mayın 8-dək Türkiyə daxilində yağıntının miqdarı 3,9 faiz artıb. Ən çox yağış 27 faiz artım ilə ölkənin Şərqi Anadolu Bölgəsinə yağıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
3
azertag.az

3Mənbələr