AZ

Ucarda qəza: Ana və iki övladı yaralandılar

Ucar rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1976-cı il təvəllüdlü Hicran Qurban qızı Həsənova və övladları: 17 yaşlı Kənan Ramil oğlu Həsənov və 10 yaşlı Ayla Ramil qızı Həsənova xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon xəstəxanasına çatdırılıblar, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
50
oxu.az

10Mənbələr