AZ

Gənclər üçün Sosial Məsuliyyət və Sosial İş Təlimləri - FOTOLAR

"Regional İnkişaf" İctimai Birliyinin könüllülük proqramı çərçivəsində gənclərin sosial məsuliyyət hissinin, sosial iş sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə növbəti təlimlər təşkil edilib.

QHT.az xəbər verir ki, Gəncə və Ağstafada “Sosial işin insan hüquqlarının qorunmasında yeri” mövzusunda keçirilən təlimlərdə təlimçi, psixoloq Günəş Seyfullahzadə könüllüləri sosial iş nədir, sosial işdə insan hüquqları, sosial işin insan hüquqlarının təmin edilməsi və qorunmasında yeri haqqında məlumatlandırıb.

“Təhsil mühitində könüllülük dəyəri və sosial iş modeli” mövzusunda Beyləqan rayonunda təşkil olunan təlimdə təlimçi Lamiyə Quliyeva təhsildə könüllülüyün əsas isiqamətləri, könüllülüyün sosial işlə oxşar cəhətləri, sosial iş modelinin təhsil mühitinə təsiri və şagirdlərin sosiallaşmasında rolu ilə bağlı ətraflı məlumat verib.

Təlimlər könüllülərin komanda şəklində mövzular üzrə hazırlayıb nümayiş etdirdikləri forum tamaşalarla başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
qht.az

1Mənbələr