AZ

“Mançester Siti”dən çempionluq yolunda mühüm addım

İngiltərə Premyer Liqası 34-cü turdan təxirə salınmış oyun keçirilib.

İdman.biz xəbər verir ki, “Mançester Siti” “Tottenhem”in qonağı olub.

“Şəhərlilər” çempionluq mübarizəsində üstünlüyü ələ keçirmək üçün mütləq qalib gəlməli idi. Xosep Qvardiolanın yetirmələri Holandın qolları ilə 2:0 hesablı qələbə qazanıblar. Bu nəticədən sonra Mançester təmsilçisi xalını 88-ə yüksəldib. 2-ci “Arsenal”ın 86 xalı varş

Qeyd edək ki, sonuncu turda “Mançester Siti” öz meydanında “Vest Hem”lə, “Arsenal” isə “Everton”la qarşılaşacaq.

İngiltərə Premyer Liqası
34-cü turdan təxirə salınmış oyun

“Tottenhem” – “Mançester Siti” – 0:2

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
2
idman.biz

10Mənbələr