AZ

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Hazırda “Forget Tomorrow” dünya turnesində olan Castin Timberleykin maliyyə vəziyyəti heç də ürəkaçan deyil. 

 

Sfera.az bildirir ki, Castinin son altı ildə ilk albomu olan "Mən düşündüyüm hər şey" o qədər də bəyənilməyib. O, dünya turnesi çərçivəsində konsertini ləğv etmək məcburiyyətində qalıb  və bu, sonuncu ləğv olmaya bilər.

 

Britni Spirsin 2000-ci illərin əvvəllərində müğənninin təkidi ilə abort etdirdiyini dediyi xatirələri yayımlandıqdan sonra yaranan qalmaqal da bunda az rol oynamayıb. 

 

İkinci səbəb isə, musiqi eksperti Turenin fikrincə, yaradıcılıqda həddindən artıq fasilədir.

 

"30-40 yaş arası altı illik fasilə bir sənətçi üçün həqiqətən uzun müddətdir. Nəzərə almaq lazımdır ki, Timberleykin pərəstişkarlarının çoxu qocalır. Bu, köhnə deyim kimidir: Təqaüdə çıxan sən deyilsən, tamaşaçılar səni təqaüdə göndərirlər"- deyə ekspert bildirib. 

 

Qeyd edək ki, populyarlığının zirvəsində bir neçə il Castinlə görüşən Britni “Məndəki qadın” kitabında təkcə abortla bağlı deyil, həm də Timberleykin xəyanətləri haqqında açıqlamalar paylaşıb. Bundan əlavə, Britni Castinin solo karyerasına başlamaq üçün onların ayrılmasından istifadə etdiyini bildirib. Həmin ərəfədə isə, KİV və Castinin bilərəkdən yalan məlumatlarla Britnini günahkar və xəyanət edən tərəf kimi göstərməsinə isə müğənni səssiz qalmış, karyerası ilə məşğul olmağa davam etmişdi. Ard-arda mükafatlar qazanması, hitlərdə Top10 -luqda ilk sırada yer alması, Castinin isə heç bir uğuru təkrarlaya bilməməsi Britninin ən gözəl cavabı olmuşdu. 

 

İndi isə xatirə kitabının satışından sonra nəinki Britninin pərəstişkarları, az qala hər kəs Castinə nifrət edib və səs-küy səngimək bilmirdi. Hətta Castinin evliliyi az qala pozulmaq ərəfəsindədir. Qalmaqal fırtınasından sonra Britni kitabda söylədiyi bəzi şeylərə görə üzr istəyib, Castinin yeni musiqisinə dəstək də olmuşdu.

 

Öz növbəsində Castin yenə də alicənablıq nümayiş etdirməyib və Britnidən nümunə götürməyib. Nyu-Yorkda çıxışı zamanı:


“Fürsətdən istifadə edib heç kimdən üzr istəmək istərdim”-deməsi ilə isə yenidən hər kəsin nifrətini qazanmış, sosial şəbəkə istifadəçiləri onu əvvəlkindən daha betər olmaqda ittiham etmişdilər. 

 

Spirs daha sonra üzrxahlıq mesajını silib.

 

"Biri mənə dedi ki, küçədə kimsə mənim haqqımda danışır!!! Məhkəməyə vermək istəyirsən, yoxsa keçən dəfəki kimi ağlaya-ağlaya ananın yanına qaçacaqsan? Bağışlamıram!" - əvəzində Britni yazmışdı. 

 

Castin albomunu mart ayında buraxdı. Qarışıq rəylərə baxmayaraq, o, ABŞ Billboard 200-də dördüncü yerdə debüt edib. 67 min albom ekvivalenti, 31,13 milyon tələb üzrə yayım və 41,000 təmiz albom nüsxəsi üçün normal uğur qazana bilməmişdi.


İlk albomu "Justified" də daxil olmaqla, əvvəlki dörd solo studiya albomu, 2 nömrəli zirvəyə qalxaraq, daim hit-paradlara başçılıq edirdi.

 

İki həftə əvvəl Castin Kanadanın Vankuver şəhərində "The Forget Tomorrow" adlı dünya turnesinə başladı.


Castin Timberleyk qastrol səfərinin ilk konsertini Vankuverdə verib.


Bilet satışları elə də yüksək səviyyədə olmayıb. Sənətçi iyunun 8-də Cənubi Karolina ştatının Kolumbiya şəhərində bilet satışının zəif olması səbəbindən heç bir izahat vermədən konserti ləğv etməli olub.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
sfera.az

1Mənbələr