AZ

Türkiyədə inflyasiya may ayında pik həddə çatacaq

May ayında Türkiyədə inflyasiya pik həddə çatacaq.

Yenicag.az xəbər verir ki, bunu ölkənin maliyyə naziri Mehmet Şimşək Belçikada iş adamları və diplomatlara görüşündə deyib.

O qeyd edib ki, inflyasiya ən son həddə çıxdıqdan sonra eniş yaşanacaq:

“Bu ilin sonunda inflyasiyanın 38 faiz olacağını təxmin edirik. Gələn il 14 faiz olacaq inflyasiya 2026-cı ildə tək rəqəmli saylara geri dönəcək”, – deyə Şimşək bildirib.

Qeyd edək ki, Türkiyə Statistika Qurumunun aprel ayında açıqladığı rəqəmlərə görə, ölkədə inflyasiya 69,80 faiz olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
yenicag.az

1Mənbələr