AZ

Tələbələr biliklərini intellektual yarışda sınayıblar - FOTO

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan intellektual yarış keçirilib.

ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, yarışda əvvəlcə Dövlət Himni səsləndirilib sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Yarışda 5 komandadan ibarət ADAU tələbələri iştirak ediblər.

İntellektual yarışda I yerə “Yüksək Voltaj”, II yerə “Armagedon”, III yerə isə “404” komandası çıxıb.

Yer tutan tələbələr medal və diplom digər yarışçılar isə sertifikatla təltif olunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
tehsil.biz

1Mənbələr