AZ

İrəvanda aksiya iştirakçısına cinayət işi açılıb

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyalarının iştirakçılarından biri xuliqanlıq ittihamı ilə saxlanılıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Abovyan küçəsindəki etirazlar zamanı "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının tərəfdarı ilə yol açmağı tələb edən vətəndaşlardan biri arasında mübahisə yaranıb. Mübahisə zamanı aksiya iştirakçısı guya onu təhqir edib.

Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
4
report.az

5Mənbələr