AZ

Səfərbərlik uğura zəmanət vermir, çünki...

...Bu elə də yenilik olmasa da, amma deməliyik ki, hazırda Ukraynada əsl problem kadr çatışmazlığıdır.

Və təbii ki, heç bir pul bu problemi həll etməyəcək.

Deməli, Ukrayna üçün ayrılan 60,1 milyard dolların 13,8 milyardı hərbi yardım və hərbi texnikaya xərclənib.

Qeyd edək ki, bütün bu texnika Ukraynaya, deyək ki, lap cəbhə xəttinə göndərilsə belə, problem odur ki, onu idarə edəcək ukraynalı kadr yoxdur.

Yəni Ukraynanın, sadəcə olaraq, təlim keçmiş hərbi kadrları yoxdur.

Əslində bu gün ukraynalılar döyüş xəttində döyüşmək həvəsi olmadığı üçün deyil, döyüşəcək heç kim olmadığı üçün geri çəkilirlər.

…Oraya göndərilən briqadalar itkiyə məruz qalır, ya da rotasiya ilə yeni briqadalarla əvəz olunmalıdır, təzə briqadalar olmadığı üçün bunu etmək mümkün deyil.

Ruslar yarıb keçəndə ehtiyatda olan briqadaları əks-hücuma göndərmək lazımdır, amma bu baş vermir, çünki onlar başqa yerdə cəbhə xəttindədirlər...

Və sonra onlar fərqli vəziyyətdə həftələrlə döyüşəcəkləri mövqelərini itirirlər.

Bu, reallıqdır.

Amma problm bundadır ki, Ukraynanın yaxın gələcəkdə kadr sayı problemini həll edə biləcəyini göstərən heç nə görünmür. Səfərbərliyə ciddi ehtiyac var, lakin qoşunların toplanması və hazırlanması üçün vaxt lazımdır.

Yeri gəlmişkən, SİA-nın əldə etdiyi məlumata görə, bu günlərdə xarici nəşrlərdən birinə açıqlama verən ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter də, əgər onu idarə edə biləcək kadr yoxdursa, heç bir yeni hərbi texnikanın ukraynalılara kömək etməyəcəyini deyib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
sia.az

1Mənbələr