AZ

Nobel mükafatı laureatı Elis Munro vəfat edib

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kanadalı yazıçı Elis Munro 92 yaşında vəfat edib.

Bu barədə “The Globe and Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, müəllif azı 10 il demensiyadan əziyyət çəkib.

Munro Kanadanın Ontario əyalətindəki qocalar evində dünyasını dəyişib.

1980-1990-cı illərdə onun kitabları dörd ildən bir nəşr olunub.

Yazıçı həmçinin Avstraliya, Çin və Skandinaviyada mühazirələr oxuyub.

Munro, Britaniya Kolumbiyası və Kvinslend Universitetlərində ədəbiyyatdan dərs deyib.

2009-cu ildə yazıçı məcmu nailiyyətlərinə görə Beynəlxalq Buker Mükafatını qazanıb dörd ildə sonra isə "müasir qısa hekayənin ustası" kimi Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
14
cebheinfo.az

10Mənbələr