AZ

Cücə oğurlayıb satan mühəndisi 10 ilə qədər həbs gözləyir..?

...Belarusun Şklovdakı kənd təsərrüfatı müəssisəsinin mühəndisi bir az əlavə “pul qazanıb qabağa düşmək” istəyib. Bəs nə yolla?

Təbii ki, mühəndis bunun yolunu da tapıb. Belə ki, hər gün işdən gedərkən işlədiyi kənd təsərrüfatı müəssisəsinin inkubasiya emalatxanasına daxil olaraq əvvəlcə 5-6, daha sonralar isə daha çox cücəni oğurlayıb aparırımış.

Belə ki, o, oğurladığı broyler cücələriniQomel vilayətindəki şəxsi fermaya satırmış.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus Daxili İşlər Nazirliyinin teleqram kanalı yazır.

Deyilənlərə görə, bir neçə ay ərzində belarus mühəndis 18.000-dən çox broyler cücəsi oğurlayaraq satıb.

Qeyd edilir ki, artıq müstəntiqlər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda oğurluq maddəsi ilə cinayət işi açıblar.

Mühəndisi 10 ilə qədər həbs gözləyir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
sia.az

1Mənbələr