AZ

Azərbaycanlı voleybolçu: “Qələbə qazanmağa çalışacağıq”

“Hazırlıqlar yaxşı gedir. Məşqlərə davam edirik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının voleybolçusu Roman Qurskiy deyib.

Millimiz Qızıl Avropa Liqasının I turuna hazırlığa start verib. Qurskiy evdə qələbə qazanmaq arzusunda olduqlarını bildirib: “Komandanın heyətində dəyişikliklər olub, gənc oyunçularımız var. İlk altılığımız demək olar ki, eyni qalıb. Biz də əlimizdən gələni edəcəyik ki, maksimum oynayıb, yaxşı nəticə göstərək. İlk tur Bakıda olacaq. Rəqiblərimiz kifayət qədər güclüdür. Həm Rumıniya, həm Ukrayna ilə oyunlar çətin olacaq. Lakin biz doğma meydanda daha yaxşı oynayıb qələbə qazanmağa çalışacağıq. Bilirsiniz ki, bu yay biz Avropa çempionatının təsnifatında da iştirak edəcəyik. Qızıl Avropa Liqası da biz bu yarışa hazırlıq baxımından önəmli olacaq. Avroliqa komandamıza uyğunlaşmağa kömək olacaq”.

Qeyd edək ki, millimiz mayın 17-də Rumıniya, 19-da isə Ukrayna ilə qarşılaşacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
1
idman.biz

2Mənbələr