AZ

İlham Əliyev dünyanın ada dövlətləri ilə bağlı unikal təşəbbüs etdi...

Image

əhruz Quliyev: “Azərbaycan Prezidentinin  COP29 çərçivəsində yüksək səviyyəli nümayəndələrin görüşünü təşkil etməklə bağlı səsləndirdiyi təklif kiçik ada dövlətlərinə verilən ən mühüm dəstəklərdən biridir”

“Anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur”. Bu sözləri Prezident İlham Əliyev Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edərkən söyləyib. 

“Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə məsləhətləşərək, COP29 zamanı yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda, kiçik ada dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik”, - deyə Prezident Əliyev vurğulayıb.

“Bu təşəbbüsün yüksək səviyyədə qəbul ediləcəyi, qiymətləndiriləcəyi şübhə doğurmur” 

Azərbaycan Prezidentinin bu unikal təklifinin böyük əhəmiyyət daşıdığını deyən SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Azərbaycanın humanizm prinsiplərini, insani dəyərləri çox yüksəkdə tutduğunun təzahürlərindən biridir. 

“Azərbaycan sülhpərvər, bəşəri, ədalətin bərqərar olmasını daha çox istəyən və bunun üçün mübarizə aparan nadir ölkələrdəndir. Ölkəmiz bunu dəfələrlə öz prinsipial baxışları, yanaşmaları ilə təsdiq edib. Hələ də müstəmləkəçilik siyasətini kiçik dövlətlər üzərində davam etdirən Fransa kimi ölkədən də çəkinmir, öz sözünü açıq şəkildə deyir. Fransa Qarabağ ermənilərinin timsalında separatçılığı, beynəlxalq terrorizmi dəstəklədiyi halda, Azərbaycan xalqların əzilən hüquqları uğrunda mübarizə aparıb və bu siyasəti bu gün də davam etdirir. Uzaq Okeaniyanın kiçik ada dövlətləri bu gün Azərbaycanın onlara verdiyi dəstəyi yüksək qiymətləndirirlər. Bu yaxınlarda Yeni Kaledoniyanın hökumət təmsilçiləri Azərbaycanda səfərdə oldular, ölkə Prezidenti İlham Əliyevlə görüşdülər və kiçik xalqların haqqını müdafiə etdiyi üçün ona dərin təşəkkür bildirdilər” - deyə B.Quliyev bildirdi. 

B.Quliyev qeyd etdi ki, Azərbaycan Prezidenti hər fürsətdə kiçik ölkələrin təmsilçiləri iə görüşür, onları beynəlxalq tədbirlərə dəvət edir və bununla da həmin xalqların səsini dünyaya çatdırır: “Azərbaycanda noyabr ayında COP29-Tərəflərin Konfransı keçiriləcək. Beynəlxalq tədbirdə dünyanın 198 ölkəsindən nümayəndə iştirak edəcək. Azərbaycan COP29-un sədri kimi bütün ölkələri, o cümlədən müstəmləkə basqıları altında hüquqlarını itirmiş, amma daim mübrizə aparan xalqların nümayəndələrini də tədbirə dəvət edib. Əlbəttə, tədbirdə əsasən iqlim dəyişmələri kimi qlobal problemlər müzakirə ediləcək. Amma kiçik ada dövlətlərinin hüquqlarının qorunması, onların nəfəsliklərini kəsən iri, müstəmləkəçi olkələrin əsarətindən qurtulması da iqlim dəyişmələrindən az problem deyil. Prezident İlham Əliyev Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edərkən söylədiyi fikirlər də unikaldır. Prezident bəyan etdi ki, Azərbaycan COP29-un sədri kimi bunu diqqət mərkəzində saxlayacaq. Prezidentin bu təklifi  Azərbaycanın humanizmi dəstəkləyən bir ölkə olduğunu sübut edir. Azərbaycan Prezidentinin  COP29 çərçivəsində yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil etməklə bağlı səsləndirdiyi təklif kiçik ada dövlətlərinə verilən ən mühüm dəstəklərdən biridir. Bu təşəbbüsün yüksək səviyyədə qəbul ediləcəyi, qiymətləndiriləcəyi şübhə doğurmur. Bəli, Azərbaycan daim haqqın, ədalətin yanında olub və bunun uğrunda mübarizə aparıb” - deyə B.Quliyev vurğuladı.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
baki-xeber.com

1Mənbələr