AZ

Rusiyanın yeni mülki-hərbi naziri- müharibə kursunda yumşaq xətt, ya...

Image

Elxan Şıxəliyev: “Müdafiə nazirliyinin strukturlarındakı iqtisadiyyat uyğunlaşdırılmasını həyata keçirəcəklər”

Növbəti dəfə Rusiya Prezidenti seçilən Vladimir Putin yeni hökumətin formalaşması ilə əlaqədar güc strukturlarında radikal dəyişikliklərə getdi. Putin müdafiə naziri Sergey Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, Sergey Şoyqu 2012-ci ildən Müdafiə naziri vəzifəsindədir.

Putin Nazirlər Kabineti istefaya getməzdən əvvəl Baş nazirin birinci müavini vəzifəsində çalışmış Andrey Belousovun yeni müdafiə naziri təyin edilməsini təklif edib və artıq onun bu postu tucağı rəsmən təsdiqlənib.

Çox maraqlıdır, müharibə aparan bir ölkədə Putin müdafiə naziri vəzifəsinə hərbçi deyil, mülki şəxsi təyin edir. Bu, Rusiyanın müharibə siyasətində yumuşalmaya getmək niyyətindən irəli gələn təyinat ola bilərmi?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bugünlərdə Rusiya prezidenti Nazirlər Kabinetinin yeni heyətini təklif edib: “Bu təkliflərin içərisində müdafiə naziri Sergey Şoyqonun əvəzlənməsi baş verdi.  Onun yerinə də Andrey Belausovun nazir vəzifəsinə təklifi parlamentdə təsdiqləndi.  Şoyqunun vəzifədən uzaqlaşdırılması gözlənilən idi. Amma gözlənti ondan ibarət idi ki, Şoyqu vəzifədən uzaqlaşdırılandan sonra vəzifə tutacaq, ya tutmayacaq. Təbii, onun müdaifə naziri vəzifəsindən təhlükəsizlik şurasının katibi vəzifəsinə təyin edilməsi onu göstərir ki, Rusiya prezidenti Sergey Şoyqunun etimadının tam itirməməsini, daha böyük qurumların bütün təhlükəsizlik strukturlarının rəhbərlərini kordinasiya edəcək bir vəzifəyə təyin edilməsini istəyir və ona güvənir. Amma müdafiə naziri vəzifəsinə Andrey Belausovun təyini məsələsinə gəldikdə isə, Rusiya prezidenti müdafiə naziri adına bütün əməliyyatların mümkün ola biləcək müharibə ssenarilərini baş qərargahla davam etdirməyi qərara alır. Baş qərargahın da rəisi Gerasimov vəzifəsinin öhdəsindən gəldiyi üçün vəzifəsinə davam edəcək. Müdafiə Nazirliyi rəhbərliynə mülki vəzifəli şəxsin təyin olunması sırf mülki şəxs təyin oldu kimi qiymətləndirilməməlidir. Bu praktika dünya ordularında da var. Müdafiə nazirlərinin mülkiləşdirilmiş şəxsi olması Rusiya iqtisadiyyatının bu gün üçün müharibədən sonrakı vəziyyətdə yaranan sanksiyalara qarşı ayaqda qala bilməsinə hesablanıb. Eyni zamanda, Müdafiə Nazirliyinin qurumlarının da iqtisadi məsələlərdə sintezinin həyata keçirilməsi düşünülüb. Müdafiə nazirinin sırf hərbi qanadını baş qərargah həyata keçirəcək. Belausov isə Müdafiə Nazirliyinin maliyyə məsələlərini və onların istehsal sahələrinin, ordunun silahlanmasının yeni bir mərhələyə keçməsinin maliyyə vəsaitlərinin şəffaf nəzarətini, ordunun təchizatı və müdafiə sənayəsi şirkətlərinin kordinasiyasını həyata keçirəcək. Sırf Rusiya-Ukrayna müharibəsində baş verənlər, Ukraynada hücum edən tərəfin Rusiya olması, əməliyyatlarda təşəbbüsün  Rusiya tərəfində olması baş qərargahın vəzifələrini bir az artırıb. Əslində Şoyqu yuxarı vəzifəyə təyin olunub. Müdafiə naziri birbaşa təhlükəsizlik katibinə hesabat verən bir vəzifədir. Rusiya Müdafiə Nazirliyi sistemində ciddi korrupsiyanın mövcudluğunu aşkar etdilər. Müdafiə nazirinin müavini bununla məşğul olursa, demək bütün qurumlarda bunun kökü var. Düşünürəm ki, bununla da məşğul olub təmizləyəcəklər. Hər bir halda müdafiə naziri Şoyqunun bir müdafiə naziri kimi özəl xüsusiyyətləri yox idi. Onun sırf bu vəzifədə olması Rusiya prezidenti ilə şəxsi münasibətləri üzərindən olub. Onun da üzərindən baş qərargah bu məsələləri Müdafiə Nazirliyi adından müharibədə və s. həll edirdi. Burada, görünür ki, iqtisadi məsələləri önə çıxarırlar. Müdafiə Nazirliyinin strukturlarındakı iqtisadiyyat uyğunlaşdırılmasını həyata keçirəcəklər. Bu gün Rusiya üçün ən mühüm məsələ müharibə edən bölmələrin silahlanmasını təminatı üzərindən iqtisadi infrastrukturun qurulmasıdır. Düşünürəm ki, yeni nazirin bunun yaradılmasında və həyata keçirilməsində bir təcrübəsi var. Hesab etmirəm ki, Rusiya prezidenti Şoyqunun vəzifədən çıxarılması ilə onu xərcləmiş oldu. Əksinə, ona çox böyük tabeliyində ola biləcək qurumların rəhbərliyinin hesabatını etibar etdi”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
baki-xeber.com

1Mənbələr