AZ

“Qarabağın incisi – Şuşa” kitab-albomu boşnak dilində

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində hazırlanan “Qarabağın incisi – Şuşa” kitab-albomu Sarayevoda boşnak dilində nəşr edilib. Bu nəşr səfirlik tərəfindən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına həsr edib.

525.az xəbər verir ki, kitabda Qarabağın tacı olan Şuşanın qədim tarixi, memarlıq abidələri, mədəni və strateji əhəmiyyəti, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli  simalarının həyat və yaradıcılığını özündə əks etdirən mövzular əhatə olunub. Nəşrdə Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə təqdim edilib.
Bu baxımdan kitab-albom Şuşanın zəngin tarixi irsinin təbliği və Qarabağla bağlı həqiqətlərin boşnak oxucuların diqqətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Nəşrin layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, boşnak dilinə tərcümənin müəllifi isə Səfirliyin ştatdankənar əməkdaşı Admira Çosoviçdir.
Qeyd edək ki, nəfis şəkildə çap olunmuş kitab-albom Bosniya və Herseqovinanın universitetlərinə, kitabxanalarına, tanınmış ziyalılara və dövlət adamlarına göndəriləcək. Eyni zamanda, 28 May – Respublika Günü münasibəti ilə təşkil olunacaq qəbulda iştirakçılara hədiyyə olunacaq.
 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
3
525.az

4Mənbələr