AZ

Rəcəb Babaşovun “unutduğu” Ağköynək kəndi - 1350 dollarlıq ayaqqabısını çamura bulamaq istəmir? (VİDEO)

Dəfələrlə rayonun  mərkəzi və ətraf kəndlərdəki yolların təmiri ilə bağlı tender elan edən Qazax rayon İcra Hakimiyyəti deyəsən Ağköynək kəndini unudub.

32gun.az-ın məlumatına görə, kəndin əsas girişindəki yolda yağış sularından sonra çala-çuxurlar yaranıb.

Hətta vəziyyət o yerə çatıb ki, avtomobillərin hərəkəti çətinləşib.

Deyəsən R.Babaşov İtaliyanın məşhur brendlərindən"Loro Piana"dan olan 1350 dollar dəyərindəki ayaqqabısını palçığa, çamura batırıb həmin kəndin heç ətrafına da fırlanmır, son vaxtlar... 

Kənd sakinləri çarəsiz qalıb, bilmirlər ki,   şikayətlərini rayon İcra başçısı Rəcəb Babaşova, yoxsa Ağköynək kənd bələdiyyə sədri Nəzakət Mansurovaya, yoxsa yeri boş qalan Ağköynək  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə bildirsinlər. 
Sosial şəbəkədə paylaşılan görüntünü təqdim edirik.

Nilay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
1
32gun.az

2Mənbələr