AZ

Budenholtser ildə 10 milyon dollar alacaq

MBA-da pley-off seriyaları davam edir.

“Football-plus.az” xəbər verir ki, seriyaların ikisində hesab 2:2, daha ikisində isə 2:1-di. “Boston”un forvardı Ceyson Teytum “Klivlend”lə seriyanın 3-cü oyununda 33 xal topladı. 26 yaşlı amerikalı klub tarixinə pley-offda keçirdiyi 30 oyunda 25 və daha artıq xal toplamağı bacaran 3-cü oyunçu kimi düşdü. Teytum “Seltiks”in əfsanələrindən olan Larri Berd ilə Con Havliçekin göstəricisini təkrarladı.

Qəzetimizin ötən sayında pley-offun elə ilk mərhələsində “Minnesota”ya uduzan “Finiks”in Frenk Vogeli istefaya göndərdiyini, baş məşqçi vəzifəsini Mayk Budenholtserə tapşırmaq istədiyini xəbər vermişdik. “Günəşlər”in rəhbərliyi artıq bu təyinatı publikaya açıqlayıb. Klubun mətbuat xidməti isə yeni baş məşqçinin aşağıdakı açıqlamasını yayıb:
“Uşaqlıqdan azarkeşlik etdiyim komandanın baş məşqçi olmaq imkanı ilə qürur duyuram. Mənə belə şans verdiyinə görə klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Onların ən yaxşı tərəflərini açmağa imkan verəcək bu dərəcədə istedadlı basketbolçulardan ibarət heyətlə çalışmaq imkanı xoşbəxtlikdi”.


Yeri gəlmişkən, məşhur insayder Şəms Çaraniya 54 yaşlı amerikalı mütəxəssisin ildə 10 milyon dollar qazanacağını xəbər verir. Budenholtserin sonuncu iş yero 2018-23-cü illər aralığında çalışdırdığı “Miluoki” olub. “Baks” onun rəhbərliyi altında 2021/22 mövsümündə MBA çempionluğunu qazanıb.

11 may
İndiana – Nyu-York 111:106 (29:20, 34:38, 22:32, 26:16)
Seriyada hesab – 1:2.
Minnesota – Denver 90:117 (20:28, 21:28, 25:37, 24:24)
Seriyada hesab – 2:1.
Dallas – Oklahoma-Siti 105:101 (26:23, 25:29, 31:26, 23:23)
Seriyada hesab – 2:1.
12 may
Klivlend – Boston 93:106 (28:30, 20:27, 21:27, 24:22)
Seriyada hesab – 1:2.
İndiana – Nyu-York 121:89 (34:14, 35:27, 32:22, 20:26)
Seriyada hesab – 2:2.
13 may
Minnesota – Denver 107:115 (24:29, 25:35, 30:26, 28:25)
Seriyada hesab – 2:2.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
football-plus.az

1Mənbələr