AZ

Həkimlər jurnalistin həyatını xilas edə bilmədi


Məşhur rusiyalı jurnalist və siyasi şərhçi Maksim Kononenko 53 yaşında vəfat edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə RT-yə onun həyat yoldaşı məlumat verib.

REN TV-nin məlumatına görə, Kononenko evində olarkən halı qəfil pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyiblər.

Bir çox insan onu "LiveJournal"dan cənab Parker kimi tanıyırdı. O, həmçinin "Xüsusilə RT üçün" kanalının daimi iştirakçısı olub.

Kononenko 1971-ci il martın 13-də Murmansk vilayətinin Apatiti şəhərində anadan olub, 1988-ci ildə Moskvaya köçüb və MİREA-ya daxil olub. O, NTV-də Qleb Pavlovskinin "Real Siyasət" televiziya proqramının aparıcısı olub, həmçinin Vesti FM radiosunda "Replika" rubrikasının aparıcısı olub. “RİA Novosti” və “İzvestiya” qəzeti ilə əməkdaşlıq edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
news24.az

2Mənbələr