AZ

ABŞ-dan Microsoft-a rekord cərimə

ABŞ-da "Microsoft"a qarşı açılan məhkəmə prosesi yekunlaşıb.

News24.az xəbər verir ki, 2018-ci ildən bəri davam edən patent işinə bu gün qərar verilib. ABŞ patent pozuntusuna görə Microsoft-a rekord məbləğdə cərimə kəsib. 

Bildirək ki, IPA Technologies 2018-ci ildə Microsoft-a qarşı patent hüquqlarını pozduğuna görə məhkəməyə müraciət edib. IPA-nın kompüter rabitə proqramında istifadə edilən səsin tanınması texnologiyasını pozduğu və onu Cortana səs köməkçisinə ötürdüyü iddia edilən Microsoft, bu işdə ədalətsiz hesab edilib. Patent hüquqlarını pozan Microsoft 242 milyon dollar cərimə ödəyəcək.

Heç bir qanun pozuntusuna yol vermədiklərini və patentin etibarsız olduğunu iddia edən Microsoft, hələlik cəza qərarına etiraz etməyib. Bununla belə, yaxın vaxtlarda lazımi etiraz ərizələrinin müvafiq məhkəmələrə təqdim ediləcəyi bildirilib. İşin digər tərəfi olan Wi-LAN və IPA-dan heç bir açıqlama verilməyib.

Xatırladaq ki, son illərdə Amazon və Google-ı da məhkəməyə verən IPA, əslində öz hüquqlarını qorumağa çalışa bilər. Lakin 2021-ci ildə özünü uğurla müdafiə edən Amazon, IPA-nın iddialarının yanlış olduğunu sübut edib. Google-un işi hələ də davam edir. Görək Microsoftun başına nə gələcək..

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
news24.az

1Mənbələr