AZ

"ABŞ Ukraynanın dövlətçiliyini ələ salır" - Zaxarova

Vaşinqton müxtəlif formalarda Ukrayna dövlətçiliyini ələ salıb.

Redaktor.az xəbər verir ki, bunu teleqram kanalında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamenti rəhbəri Entoni Blinkenin “Ukraynalıların şərtlərin buna imkan verdiyi ilə razılaşdığı zaman Ukraynada seçkilər keçiriləcək” sözlərini şərh edərkən bildirib.

“Dövlətlər Ukraynanın gənc dövlətçiliyini müxtəlif yollarla ələ salıblar. Artıq Ukraynada prezident seçkilərinin üçüncü “turu” keçirilib, həm də qərblilər tərəfindən konstitusiyaya zidd çevriliş yolu ilə gətirilən hökumət var idi. Amma “ukraynalılar üçün uyğun şərtlər” hələ mövcud deyil".

Zaxarovanın sözlərinə görə, Blinkenin hansı “uyğun şərtlər”dən danışdığını təsəvvür etmək qorxuncdur. "Ukraynadakı son uşaqlar Zelenskinin nasist bayraqları altında nə vaxt səfərbər olunacaq?", - Rusiya XİN rəsmisi bildirib.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
50
redaktor.az

10Mənbələr