AZ

Blinken: “Hazırda 32 ölkə Ukrayna ilə təhlükəsizlik sazişləri üzrə danışıqlar aparır”

"Biz iyul ayında Vaşinqtonda görüşəndə Ukraynanı Alyansa inteqrasiya edən davamlı islahatları dəstəkləməklə, bir növ dayanıqlı, bacarıqlı Ukrayna Silahlı Qüvvələrinin qurulmasında NATO-nun rolunu artırmaq üçün nəzərəçarpacaq addımlar atacağımıza zəmin yaratdıq. Və bununla Ukraynanın NATO ilə körpüsü bir sıra tədbirlərlə gücləndiriləcək. Hazırda 32 ölkə Ukrayna ilə bu sazişlərin bağlanması üçün danışıqlar aparır, onlardan doqquzu artıq tamamlanıb”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Kiyev Politexnik İnstitutunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O, həmçinin əlavə edib ki, onillik müqaviləyə əsasən, Birləşmiş Ştatlar Ukraynanın müdafiə və təhlükəsizliyini hava hücumundan tutmuş, PUA-lara və minalardan təmizləməyə qədər bir sıra kritik sahələrdə dəstəkləyəcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
bizim.media

1Mənbələr