AZ

Lənkəranda meyiti tapılan qadınla bağlı TƏFƏRRÜATLAR

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü  Könül Ramin qızı Ağayevadır.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda itkin düşmüş qadının meyiti TAPILDI


Qeyd edək ki, K.Ağayeva bu ilin  martın 2-dən itkin düşüb. 

Nənəsinin dediyinə görə o, ailəli olub və ayrılıb. Cəlilabadda tibb kollecində təhsil alıb. İşləmək üçün Lənkərana getdikdən 2-3 gündən sonra isə ondan heç bir xəbər almaq mümkün olmayıb. 

Daha sonra qadının itkin düşməsi barədə polisə məlumat verilib.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
688
13
bizim.media

10Mənbələr