AZ

Tiflisdə müxalifət fəalı döyüldü – FOTO

Gürcüstanın “İşğala Qarşı Hərəkat” partiyasının sədri  David Katsarava Tiflisin mərkəzində keçirilən etiraz aksiyasında təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

KONKRET.az xəbər verir ki, bu barədə “SOVA” nəşri yazır.

Agentlik David Katsaravın üzündə döyülmə izləri olan şəklini dərc edib. Bildirilir ki, Katsarav Tiflisdə klinikalardan birinə yerləşdirilib.

Qeyd edək ki, David Katsarav Gürcüstan parlamentinin binasından bir qədər aralıda Birinci Gimnaziyanın qarşısında xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyada saxlanılıb.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
konkret.az

1Mənbələr