AZ

ABŞ-dan Tiflisə sanksiya xəbərdarlığı...

Gürcüstan parlamentinin üçüncü oxunuşda qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi indiki formada qalarsa və ölkədə demokratiyanın səviyyəsi aşağı enərsə ABŞ məhdudiyyətlər şəklində tədbirlər görəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms Obrayen deyib.

“Əgər qanun indi olduğu kimi qalsa və AB standartlarına uyğun gəlmirsə, biz demokratiyanın zəiflədiyini və sarsıdılmasını görsək, təbii ki, ABŞ-dan müəyyən məhdudiyyətlər olacaq. İlk növbədə bu məhdudiyyətlər maliyyə məsələlərini əhatə edəcək. Digər tərəfdən, bu hərəkətlərə görə məsuliyyət daşıyan insanlar üçün səyahət məhdudiyyətləri olacaq", - deyə Obrayen bildirib.

O, həmçinin vurğulayıb ki, qanun AB standartlarına və normalarına cavab verməsə və ABŞ və Qərbə qarşı sərt ritorika davam edərsə, təbii ki, bu, tərəfdaşlıq üçün təhlükəli və riskli olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
3
axar.az

4Mənbələr